SAYTIMIZA XOŞ GƏLMİSİNİZ

Alim və Mömin qadının qissəsi.





Allah təala buyurur:


إِنَّ ٱللَّهَ لَا یُغَیِّرُ مَا بِقَوۡمٍ حَتَّىٰ یُغَیِّرُوا۟ مَا بِأَنفُسِهِمۡۗ 

﴾ Həqiqətən də, insanlar nəfslərində olanı dəyişmədikcə, Allah da onlarda olanı dəyişməz ﴿

📗 Bax: Qurani Kərim, Ar-Rad surəsi, 11 ayə.
                                                                
    ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈

Bir əlcəzairli qadın dini verlişlərin birinə zəng edib, məsələsinə fetva istəyir. Televizor ekranlarında suallara cavab verən 85 yaşlı müfti, alim, hörmətli və bilikli şeyx Abdullah bin Biyhi idi.


Qadın alimə dedi: "Ey şeyx! Mən əlcəzairli müsəlman, mömin, Allaha itaət edən qadınam. Amma həyat yoldaşım içki içir və evə gec gəlir. Bir dəfə o, evə gələndə mənim Quran oxuduğumu görüb, kitabı əlimdən aldı. Kitabı cırıb, zibilə atdı. Onun hökmü nədir? Onunla yaşamağa dəyərmi? Bəlkə ondan boşanma tələb edim?"

Alim dedi: "Sənin ondan övladın varmı?"

Qadın dedi: "Bəli, beş uşağımız var."

Alim dedi: "Ailən varmı?"

Qadın dedi: "Bəli, var. Amma onlar ən uzaq bir kənddə yaşayırlar. Mən isə paytaxtda oluram."

Alim dedi: "Sənə indi kimsə qayğı göstərirmi?"

Qadın: "Xeyir, yoxdur. Övladlarım hələ balacadır."- dedi

Alim dedi: "Onda evində qal və möhkəm ol! Talaq istəmə! Onunla savaşma və mübahisəyə girmə! Səbr et!

Qadın dedi: "Amma necə səbr edim?! Bu necə fetvadır?!"

Alim dedi: "Bax, mənim qızım! Əgər onu tərk edib getsən, içən və Quranı cıran bir nəfərin yerinə altı nəfər gələcək. Çünki o, (yəni həyat yoldaşın) övladlarına öz tərbiyəsini verəcəkdir. Onlar sərxoş edici içkilər içəcək və Quranı cıracaqlar. Evi tərk etməklə, evdən qaçmaqla məsələ həll olunmur. Lakin səbr et! Və bilki sənin vəzifən - övladlarını pislikdən körpü olaraq qorumaqdır. Eyni zamanda istərdim ki, gecə namazlarını qılıb həyat yoldaşın üçün hidayət diləyəsən."

Qadın dedi: "İnşəAllah."



Günlər və aylar keçir. Düz bir ildən sonra həmin alim televiziyaya, fetvalar verlişinə dəvət olunur. Zəng edənlərin arasında həmin əlcəzairli qadın da olur.

Qadın deyir: "Əssələmu aleykum ya şeyx!"

Alim: "Va aleykum əssələm, mərhaba! Buyur." - dedi.

Qadın deyir: "Məni tanımadınmı ya şeyx!"

Alim: "Xeyir. Vallah. Özünü təqdim edə bilərsənmi?"

Qadın deyir: "Mən o, həmin əlcəzairli qadınam ki, bir il bundan qabaq bu verlişdə sizə öz həyat yoldaşım barədə, yəni onun içki içdiyinə dair sual vermişdim.

Alim: "Doğrudur. Vallahi tanıdım. Mujdəmi ver! Qızım vəziyyətin nə durumda?"

Qadın dedi: "Allaha and olsun ya şeyx! İndi həyat yoldaşım fəcr namazına məscidin qapılarını birinci açanlardandır. O, azan verir, gecə namazlarını qılır, Quran oxuyur, fərz və nafilələrin hamısını qılır. Allah onu haqq yola yönəltmişdir. Bərakallahu fiykə ya şeyx! (Allah sizə bərəkət versin) Qadın bu sözləri ağlayaraq söylədi.

   ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈

Bu mömin qadın Allaha itaət edərək, ibadətlərini sidq ürəklə yerinə yetirməklə, nəfsinə qalib gəlməklə və səbr etməklə Uca Allahın müvəffəqiyyətinə nail oldu. Allah təala  onun qəlb və niyyətinin təmiz, pak və xalis olduğunu bilərək, duasına cavab verdi. Qadın bununla savab və əcr qazandı.

   ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈

Bu fəzilətli işin həlli nəyin sayəsində oldu?
Əlbəttə ki, Uca Allahın lütfü sayəsində və sonra  da alimin verdiyi düzgün fetva sayəsində.

Abdullah bin Biyh 1935 ildə doğulub. O, müasir böyük alimlərdən biridir.

Uca Allah Öz lütfü ilə onu, valideynlərini və cəmi müsəlman kişi və qadınları əfv etsin. Amin!



20/04/1441