SAYTIMIZA XOŞ GƏLMİSİNİZ

COVID-19 coronavirus və Niqab

  



Elmi araşdırma: Bu gün yayılmış Corona 
virus səbəbindən artıq qərb ölkələri niqab və əlcək geyinən mömin qadınlara hörmət və ehtiramla yanaşmağa başlayıb. 


    Qərb ölkələrində aparılan bir araşdırmaya əsasən Corona virusunun bu ölkələrdə örtülmüş qadınlara hörmətini bərpa etdiyini ortaya qoydu. ABŞ-ın İllinoys ştatındakı Northwestern Universitetinin tədqiqatçısı Anna Byala tərəfindən ABŞ həm də İngilis əsilli 38 örtüklü qadın üzərində aparılan işin nəticəsini ABŞ-ın "Dönüşüm" saytında dərc edildi. Corona pandemiyasından sonra Britaniya küçələrində örtülmüş qadınların geyimlərində "nəzərə çarpan bir fərq" olduğunu söylənildi.Fransa qanunları ictimai yerlərdə niqab taxmağı qadağan edir, ancaq Corona pandemiyasından sonra kiminsə küçəyə maska ​​geyinməsi, hətta bir parça olsa belə taxması vacib olundu. Fransa əsilli müsəlman qadın:"Niqabıma və ya əlcəklərimə görə artıq pis baxmırlar." dedi. Fransada yaşayan digər örtülü qadın, mövcud qlobal vəziyyətin onu "ədəbsiz şərhlərdən" qoruduğunu vurğuladı.  Hətta bir çox beynəlxalq moda evlərinin, eyni zamanda mövcud sağlamlıq şərtlərinə uyğun zərif üz maskaları tərtib etmə meylinə işarə etdi.