Sual: Əgər qadının heyz (aybaşı) müddəti adətən 7 və ya 8 gündür, lakin sonradan bu müddət davam edərək bir neçə gün uzansa və yaxud qıssa olarsa, hökmü nədir?
Cavab: "Əgər qadının heyz müddəti 7 və ya 8 gün olarsa və sonra bu müddət uzanarsa, yəni 9, 10 və ya 11 gün olarsa, o, təmizlənənə qədər namaz qılmır. Çünki Peyğəmbərimiz ﷺ (ona Allahın salavatı və salamı olsun) heyzin müəyyən bir müddəti olduğu barədə bir şey deməmişdir. Allah təala buyurub:
وَيَسۡـَٔلُونَكَ عَنِ ٱلۡمَحِيضِۖ قُلۡ هُوَ أَذٗى
{ Səndən heyz barəsində soruşurlar. De: “Bu, əziyyətverici bir haldır. } (Əl-Bəqərə sürəsi, 222 ayə)
Madam ki, heyz davam edir, deməli qadın heyz müddətindədir. Təmizlənib (ağ rəngdə ifrazat gəlməlidir və yaxud daxildə tamam quruluq olmalıdır) qüsl alandan sonra o, namaz qıla bilər.
Əgər növbəti ayda heyz müddəti az olarsa, o, qüsl alaraq heyzdən təmizlənir və namazını qılır. Hətta bu dəfə müddəti 7 və ya 8 gündən az olsa belə.
Ən mühüm, heyz (aybaşı) davam edərsə, o heyz müddətindən sayılır və o, namaz qılmır. Beləliklə, heyz müddəti öz vaxtında bitsə və yaxud azalsa və ya uzanarsa nə vaxt ki, qadın heyzdən təmizləndi (ağ rəngdə ifrazat gəlməlidir və yaxud daxildə tamam quruluq olmalıdır) namazını qılmalıdır."
📚 "Heyz və nifasla bağlı 60 sual", şeyx ibn Useymin.
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈