SAYTIMIZA XOŞ GƏLMİSİNİZ

Əminə bint Vəhb bin Əbdu Mənaf. Allah rəsulun Məhəmməd ﷺ (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) anası





Əminə bint Vəhb bin Əbdu Mənaf.
     ~ Allah rəsulun Məhəmməd ﷺ  (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) anası ~

           
                            ~ 1 hissə ~

   Ana şəfqətinə misal olaraq ilk öncə, Allah rəsulun ﷺ  (Ona və ailəsinə Allahın salavatı və salamı olsun), anası Əminəni nümunə olaraq zikr etmək olar. 
   Qureyşin nəsil-nəcabətinə görə, əfzəl və hörmətli qadın idi. Zəka və bəlağəti ilə fərqlənirdi. Əmisi Vuheyb bin Əbdu Mənaf onu uşaqlıqdan himayəsinə götürmüşdü. Əminə, Abdullah bin Əbdul Muttaliblə evlənmiş və Məhəmməd peyğəmbərə ﷺ (Ona və ailəsinə Allahın salavatı və salamı olsun)hamilə qalmışdır.

   Abdullah bin Əbdul Muttalib, Qəzzə ticarətindən Mədinə şəhərinə qayıdandan sonra, xəstələnib vəfat etmişdir. Əminə, ərinin vəfatından sonra dünyaya Məhəmmədi ﷺ gətirir. O, Həlimə Əs-Sə'diyəyə uşağı Məhəmməd ﷺ (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) haqqında danışıb deyirdi ki, uşaq dünyaya gələndə əllərini yerə qoyub, üzünü səmaya qaldırdı. Onu doqquz ay qarnında asanlıqla gəzdirməsi və doğuşun rahatlıqla olması, həmçinin uşağın bəzi qeyri-adi hərəkətləri onun əlamətdar bir uşaq olduğunu bildirirdi. Anası onda elçiliyin olduğunu hiss edirdi.

   Uşağın tərbiyəsi üçün atasının mərdliyindən, igidliyindən daim Məhəmmədə ﷺ (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) danışardı. Atasının nəzir olaraq qurban kəsiləcəyi bir zamanda belə ( İsmayıl - 'aleyhi əs-sələm, kimi ) möhkəm və cəsur olduğunu Allah rəsuluna ﷺ (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) danışırdı.

   Hər il Məkkədən Mədinəyə qohumlarını və ərinin qəbrini ziyarəti üçün, Məhəmmədi də ﷺ  (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) özü ilə aparardı. Səfərdə onunla bir yerdə Ummu Eyman olardı. Onlar Allah rəsulun ﷺ (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dayılarıgildə Bəni 'Ədi bin Ən-Nəccarda bir ay qalardılar. Mədinəyə hicrət etdikdən sonra, Allah rəsulu ﷺ (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) uşaqlıq həyatını yada salaraq əshabılarına dayıların qalalarında, dayı uşaqları ilə birlikdə, qalaya qonan quşları qovduqlarını yadına salıb danışardı. Bir evi göstərib, anam məni bu evə gətirərdi və atamın bu evdə dəfn olunduğunu deyərdi.

   Yəhudilərin, Allah rəsulunu ﷺ (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) görüb öz aralarında pıçıldadığını görən Umm Eyman Allah rəsulunun ﷺ anasına dedi: "Onun bu ümmətin peyğəmbəri olduğunu və bu məkan onun hicrət məkanı olacağını danışırdılar".
Bunu anlayan anası, uşağı götürüb Umm Eymanla birlikdə dərhal Məkkəyə dönür.

   Həmin səfərindən, hicrətə 45 il qalmış, Məkkəyə qayıdanda yolda xəstələnir. Məkkə ilə Mədinə arasında yerləşən "Əl-Əbva" (الأبواء) adlı məkanda dünyasını dəyişir. O zaman Allah rəsulun ﷺ (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) altı yaşı var idi, bəziləri dörd deyirlər. Ummu Eymən uşağı götürüb Məkkəyə qaytarır.

   Əminə bint Vəhb, vəfat edən zaman oğlu Məhəmmədin ﷺ (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) uşaqlıqdan ata-ana şirinliyi görmədiyi üçün, narahat olduğunu demişdir.
   Allah rəsulu ﷺ (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Hudeybiyə ümrəsində, Əl-Əbva məkanından keçəndə, anasının qəbrini ziyarət edib, ağladı. Müsəlmanlar onun göz yaşlarına baxıb ağladılar. Ondan soruşanda niyə ağladın, o dedi: "... ".


Davamı ikinci hissədə olacaqdır.


📚 Bax:
 "طبقات" ابن سعد 📘

 "الأمومة في حياة النبي ووصاياه..." / محمد أحمد العزب 📙

✍ Suleyman Cəlil Əl-Azəri (Er-Riyad)
1438 h.


         ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈