Bir bacının sualı..
Kafir kimə deyilir? Müsəlman sözunun ərəbcə lüğəti mənası nədir? Allahın hökmü ilə hökm verməyən hakimin namazı olsa belə arxasınca getmək nə qədər doğrudur? Sualın cavabı həm özümə, həm də ki, başqalarına faydası olar. Alimlərin fikrini bilmək istəyirik.
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
Əlhəmdulillah.
Əziz bacı, bu suala cavab verməmişdən öncə, alimlər nəsihət edib sonra cavab verirlər.
Nəsihət: Müsəlman qadına Allah nəyi əmr edibsə, onu yerinə yetirməsinin ona kifayət olduğunu alimlər deyirlər. Yəni ki, müsəlman qadının üzərinə düşən vacib olan öhdəliklər vardır. Onun üçün bu öhdəliklərin yerinə yetirilməsi zəruridir ki, onun digər işləri də qaydasında olsun. Lakin əgər o, özünə lazım olmayan işlərlə məşğul olarsa, o həm özünü, həmçinin ailəsini məhv edər.
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا قُوا أَنْفُسَكُمْ وَأَهْلِيكُمْ نَارًا وَقُودُهَا النَّاسُ وَالْحِجَارَةُ عَلَيْهَا مَلَائِكَةٌ غِلَاظٌ شِدَادٌ لَا يَعْصُونَ اللَّهَ مَا أَمَرَهُمْ وَيَفْعَلُونَ مَا يُؤْمَرُونَ
📗 Qurani Kərim, ət-Təhrim surəsi, 6 ayə.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: «Qadın beş vaxt namazını qılarsa, Ramazan orucunu tutarsa, özünü haramdan qoruyarsa və ərinə itaət edərsə, Qiyamət günü ona: Cənnətin hansı qapısından istəyirsənsə, ora daxil ol –deyilər…»
📚 Əhməd 1661, əl-Albani “həsən” deyib.
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
Bismilləh...
- Kafir - Allaha imanı olmayan və insana verdiyi bütün nemətlərinə görə Ona küfr edənə deyilir. Bu onun qısa tərifidir, burda hamısını zikr etmək məqamı deyil.
- Müsəlmanın ərəb dilində lüğəti mənası - təslim olmaq, itaət etmək deməkdir. Bu sözün lüğəti mənasıdır, istilahi deyil.
- Allahın hökmü ilə hökm verməyən hakimə namazı olsa belə, (əlavə edək ki, onun namazı olmasa da) itaət etmək nə qədər doğrudur?
Bu sualın cavabı - bu növ hakimin, münasib əvəzi olmadığı təqdirdə, ona (yəni hakimə) Allaha asi olunmayan əhkamlarda - itaət etmək vacibdir.
Bu alimlərin cavabıdır.
Daha yaxşı Allah bilir.
✍ Suleyman Cəlil Əl-Azəri (Er-Riyad)
1439 h.
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈