1. Kişinin və qadının olması.
2. Hər ikisinin bu evliliyə razılığı olduqları.
3. Qadının vəlisinin olması.
4. Şahidlər. (2 nəfər yetər)
5. Evliliklə bağlı kiçik xütbənin verilməsi.
6. Mehrin dəyərinin bildirilməsi.
7. Evliliyi elan etmək. (yəni toy etmək)
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
Ümumiyyətlə bizim adət-anənəmizlə olan bildiyim qədər dinimizə zidd bir şey yoxdur. Əgər kimsə zidd olduğunu demək istəsə onun gərək açıq, aydın dəlili olsun.
Adət-ənənəmizə görə nişan etmək sonra kəbin etmək, bunda heç bir qəbahət yoxdur.
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
Nişan zamanı.
1. Nişan üzüyü aparmaq.
2. Hədiyyələr aparmaq.
3. Qadının vəlisi tərəfindən söz almaq.
4. Şirin çay içmək və sair bunları etməkdə heç bir qəbahət yoxdur.
İstər oğlanın özü qızın vəlisindən "söz" və ya "həriy" alsın və ya oğlanın atası, qardaşı və yaxud vəkili olsun hamısı caizdir. Həmçinin əksinə.
Qeyd: Bizim adət-ənənəmizdə, kəbindən öncə qadın tərəfindən hər hansı şərtin qoyulması, islam dininə zidd deyilsə, qəbuldur.
Allah xoşbəxt etsin!
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈