Sual: Qadın öz ərinin dayısı və əmisi yanında hicab bağlamalıdırmı?
Bəziləri deyir ki, uca Allahın hicab barəsindəki : "yaxud öz atalarından, yaxud ərlərinin atalarından (qayınatalarından)..." kəlamının mənası, qadının atası sözünün onun atasını, babasını, əmisini və dayısını şamil etməsidir. Bəs elə isə, ərinin atası sözü də ərin atasını, babasını, əmisini və dayısını şamil edir?
Cavab: Əlhəmdulilləh.
"Xeyr. Ərin əmisi və dayısı məhrəmlər sayılmır. Qadın nə ərinin əmisinin, nə ərinin dayısının, nə də yaxın qohum olmasına baxmayaraq, ərinin qardaşının yanında hicabını açmalı deyil. Pak və uca Allahın "...yaxud öz atalarından, yaxud ərlərinin atalarından (qayınatalarından) ..." (1) kəlamına gəlincə, bu ayə ataları və babaları şamil edir. Əmilər və dayılar bura daxil deyil.
Əmi və dayının bura daxil olduğunu deyən səhv edir. Atalar, ata və babadır. Nə qədər yüksəlsə belədir (yəni, babanın atası, onun atası..).
Ərin əmisi, dayısı və qardaşı isə, məhrəmlər deyillər. Qadın onların yanında hicabını açmamalı, əksinə örtülməlidir. Nə ərin dayısı, nə əmisi, nə də qardaşı hamılıqla məhrəm deyillər. Qadının məhrəmi ərinin atası, ərinin babası, ərinin oğlu, ərinin oğlunun oğlu, ərinin qızının oğludur. Bunlar məhrəmlərdir. Ərin atası və istər ata tərəfdən və istərsə də ana tərəfdən babaları məhrəmlərdir. Həmçinin ərin uşaqları, oğlanlarının və qızlarının uşaqları da məhrəmlərdir. Bunların hamısı kişinin zövcəsinə məhrəmlərdir."
Hörmətli şeyx Abdul-Əziz ibn Bəzz (Allah ona rəhmət etsin). (2), (3)
____________
(1) Qurani Kərim, ən-Nur surəsi, 31 ayə.
(2) "Fətəva nur aləd-dərb" (3/1550).
(3) https://islamqa.info/ar/131783._
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈