SAYTIMIZA XOŞ GƏLMİSİNİZ

Məhrəmin həddi-büluğa çatması şərtdir



Şeyx İbn Bəzə (Allah ona rəhmət etsin) sual verilir:
"Səfərə çıxmaq istəyən qadına məhrəmlik edən gəncin ən azı neçə yaşı olmalıdır?"

Cavab: "Kişinin qadına məhrəm sayılması üçün ən aşağı yaş onun həddi-büluğa çatmasıdır. Bu isə, on beş yaşının tamamlanmasıdır və ya şəhvətlə məninin gəlməsi yaxud da övrət yerində tükün bitməsi ilə olur. Bu üç əlamətdən biri olarsa, həmin kişi artıq mükəlləf sayılır. Onun qadın üçün məhrəm olması icazəli sayılır. Eləcə də qadın bu üç əlamətlə mükəlləf sayılır. Qadının əlamətlərinə biri də əlavə edilir ki, bu da heyzdir.

Allah müvəffəqiyyət sahibidir.

📚 Bax: Məcmu fətəva İbn Bəzz (16/382).

          ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈