SAYTIMIZA XOŞ GƏLMİSİNİZ

Mömin qadınlarınıza hörmət edin!



Mömin qadınlarınıza hörmət edin!

Həqiqətən həmd sənalar Allaha məx­susdur. Biz də Ona həmd səna edir, Ona sığınır və Ondan bağışlanma dilə­yi­rik. Nəfsimizin şərindən və pis əməl­ləri­miz­­dən Allaha pənah aparırıq. Allahın doğ­ru yola yönəltdiyi kimsəni heç kəs bu yoldan azdıra bilməz, haqq yoldan az­dır­dığı kimsəni isə heç kəs doğru yola yö­nəldə bilməz. Mən şəhadət verirəm ki, Allahdan başqa haqq məbud yoxdur və şəhadət verirəm ki,  Məhəmməd Onun qulu və elçisidir.

"Ey iman gətirənlər! Allahdan layi­qin­cə qorxun. Yalnız müsəlman oldu­ğu­nuz halda (müsəlman kimi) ölün!" (Ali-İmran, 102)

"Ey insanlar! Sizi tək bir şəxsdən (Adəm­dən) xəlq edən, ondan zövcəsini (Həv­vanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbi­niz­dən qorxun! (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həm­çinin qohumluq əlaqələrini kəs­mək­dən həzər edin! Şübhəsiz ki, Allah si­zin üzərinizdə gözətçidir!" (ən-Nisa, 1)

"Ey iman gətirənlər! Allahdan qor­xun və doğru söz söyləyin! (Əgər belə et­sə­niz, Allah) əməllərinizi islah edər və gü­nah­larınızı bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, bö­yük bir səadətə (Cənnətə) nail olar." (əl-Əhzab, 70-71)

Həqiqətən ən doğru söz Allahın kə­la­mı və ən xeyirli hidayət yolu Məhəmmədin (ona Allahın salavatı və salamı ol­sun) yoludur. Əməllərin ən şərlisi (dinə əla­və edilmiş) yeniliklərdir. Hər bir yeni­lik bidət və hər bir bidət isə zəlalətdir.

   İslam dini evliliyə böyük hörmət bəsləyir. Hətta Quran ayələrində və Hədislərdə evliliyə və ər-arvad əlaqələrinə xüsusi yer ayrılıb.

Uca Allah buyurur:


وَمِنۡ ءَایَـٰتِهِۦۤ أَنۡ خَلَقَ لَكُم مِّنۡ أَنفُسِكُمۡ أَزۡوَٰجًا لِّتَسۡكُنُوۤا۟ إِلَیۡهَا وَجَعَلَ بَیۡنَكُم مَّوَدَّةً وَرَحۡمَةًۚ إِنَّ فِی ذَٰلِكَ لَـَٔایَـٰتٍ لِّقَوۡمٍ یَتَفَكَّرُونَ

﴾ Ünsiyyətdə rahatlıq tapasınız deyə, sizin üçün özünüzdən zövcələr yaratması, aranıza məhəbbət və mərhəmət salması da Onun dəlillərindəndir. Həqiqətən, bunda düşünənlər üçün ibrətamiz dəlillər vardır ﴿

📗 Bax: Qurani Kərim, ər-Rum sürəsi, 21 ayə.

Kişinin qadınına, yəni zövcəsinə hörmət bəsləməsi - rəbbani fitrətddir. Bu fitrət olaraq ona veribdir.
Hörmət - məhəbbətin əlamətidir. Zövcəyə hörmət etmək - onun qayğısına qalmaq deməkdir. Gördüyü işi qiymətləndirmək deməkdir.
   Necə ki, kişi digər kişilərin qadınına səs qaldırmasını, ona tərəf pis baxmasını, söz atmasını pis qarşılayırsa, eyni şəkildə də, bu sifətlər onun özündə olmamalıdır. Qadın zəif məxluqdur. Onu müdafiə etmək lazımdır. Kişi gərək zövcəsinin hisslərinə hörmətlə yanaşsın. Ona mənəvi dəstək olsun.

Bu haqda daha geniş və ətraflı yazmaq istərdim, lakin məşğul olduğum üçün buna lazımi qədər vaxt ayıra bilmirəm. Amma qısa da olsa, sizə sələfilərimizin həyatından bir neçə parçanı zikr edim.

- Şureyh əl-Qadı (Allah ona rəhmət etsin) zövcəsinə şeir həsr edib, deyərdi:

رأيتُ رجالاً يضربون نساءهم    فشلّتْ يميني حين أضربُ زينبــا
أأضربها من غير ذنب أتتْ به    فما العدلُ مني ضربُ من ليس مذنبا
وزينب شمسٌ والنساء كواكب     إذا طلعتْ لم تُبقِ منهن كوكبــا

Kişilər gördüm qadınlarını döyür..
     Sağ əlim fəlc oldu.. Sanki, Zeynəbi döyürəm düşündüm.

Günah etmədənmi döyüm onu!!
    Bu nə adillik olar ki, günahı olmayan birinə əl qaldırım!!

Zeynəb - şəmsdir. Qadınlar - ulduz..
   Çıxanda (yəni zövcəsini şəms olaraq təsəvvür edir) ulduzlar qalmır. 

Zövcəsinə həsr etdiyi şeiri düşünün.

- Bir gün imam Əhməd (Allah ona rəhmət etsin) vəfat edən zövcəsini xatırlayıb ona rəhmət dualarını edir. Dedi ki: "İyirmi il bir yerdə olduq, bir dəfə belə onunla söz üstündə ixtilaf etmədik." Bu sözləri imam Əhməddən nəql edən deyir ki: ".. bu zövcədən sonra imam Əhməd üçüncü zövcə almadı".

- Əz-Zubeyr ibn Bakkardan (Allah ona rəhmət etsin) soruşdular: "Neçə ildir evlisən?" O dedi: "..Zövcəmin hər il mənə etdiyi hörmət və qayğısına görə bir qoyun kəsdim. Indiyədək yetmiş qoyun qurban kəsdim." (Yəni 70 il bir yerdə olublar)

           ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈

Və sonda nəsihətim kişilərədir, ərlərədir. Uca Allah buyurur:


وَقُلِ ٱلۡحَقُّ مِن رَّبِّكُمۡۖ فَمَن شَاۤءَ فَلۡیُؤۡمِن وَمَن شَاۤءَ فَلۡیَكۡفُرۡۚ إِنَّاۤ أَعۡتَدۡنَا لِلظَّـٰلِمِینَ نَارًا أَحَاطَ بِهِمۡ سُرَادِقُهَاۚ وَإِن یَسۡتَغِیثُوا۟ یُغَاثُوا۟ بِمَاۤءٍ كَٱلۡمُهۡلِ یَشۡوِی ٱلۡوُجُوهَۚ بِئۡسَ ٱلشَّرَابُ وَسَاۤءَتۡ مُرۡتَفَقًا

﴾ De: “Haqq Rəbbiniz tərəfindəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın”. Biz zalımlar üçün elə bir Od hazırlamışıq ki, onun divarları onları əhatə edəcəkdir. Onlar kömək dilədikdə əridilmiş metal kimi üzlərini qovuran bir su ilə kömək ediləcəkdir. Nə pis içkidir! Nə pis məskəndir! ﴿

📗 Bax: Qurani Kərim, əl-Kəhf sürəsi, 29 ayə.
Uca Allah buyurur:


وَأَنذِرۡهُمۡ یَوۡمَ ٱلۡـَٔازِفَةِ إِذِ ٱلۡقُلُوبُ لَدَى ٱلۡحَنَاجِرِ كَـٰظِمِینَۚ مَا لِلظَّـٰلِمِینَ مِنۡ حَمِیمٍ وَلَا شَفِیعٍ یُطَاعُ

﴾ Onları ürəklərin xirtdəyə çatacağı, özləri də qəm-qüssə içində olacaqları Yaxınlaşan günlə qorxut. O gün zalımların nə bir yaxın dostu, nə də sözü keçən bir şəfaətçisi olar ﴿

📗 Bax: Qurani Kərim, əl-Qafir sürəsi, 18 ayə.


Allah rəsulu ﷺ (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: "Məzlumun duasından qorx! Məzlumun etdiyi duası ilə Allah arasında heç bir pərdə yoxdur."

📚 Bax: Buxari və Muslim.

Zövcələrinizlə gözəl davranın, onlara zülm etməkdən, hörmətsizlik etməkdən çəkinin. Qiyamət gününü unutmayın, siz onlara görə Allah qarşısında cavab daşıyırsız. Ona görə də, bir çox sələfilər qadınlarına görə Allah qarşısına çıxacaqları gündən qorxaraq evlənmirdilər.

Bu qədər.. Uca Allah nəsib etsə, ikinci hissəsini davam edərik.

Hazırladı: Suleyman Cəlil.
1440.07.04

           ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈