SAYTIMIZA XOŞ GƏLMİSİNİZ

Saleh zövcə dəyərini bilən üçün qənimətdir




Dəməşqdə "alimlərin sultanı" ləqəbi ilə məşhur olan Əl-'İzz ibn Abdus-Sələmin (Allah ona rəhmət etsin) zamanında hər şeyin qiyməti həddən artıq bahalaşdığı vaxt, bağların qiyməti ucuz satılırdı. Bunu görən alimin zövcəsi (Allah ona rəhmət etsin), ona öz qızılını verir ki, onu satıb bir bağ alsın, yayda vaxtlarını orada keçirsinlər. Əri qızılı götürüb satır, pulu kasıb, fəqirlərə sədəqə edir.
Evə qayıdanda zövcəsi ondan soruşur:"Ey mənim seyidim, bağ aldınmı?"

Əri dedi: 
"Bəli, cənnətdə. Gördüm ki, insanlar şiddətli halın içindədirlər, qızılı satıb pulu onlara sədəqə etdim.".

Zövcəsi ona:"Cəzzaka Allahu xeyran!", (Allah səni xeyirlə mükafatlandırsın) -dedi.
       
📚 Bax: طبقــات الشافعيــة