Qız övladları haqqında dəyərli sözlər.
﷽
﷽
- Deyilənlərə görə, kişinin yüz oğlan övladı olsa belə, qız övladı olmayınca, o, nəslindən sonsuz hesab edilir.
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
- Bir kişi dedi: "xəstə olanda, övladlarım içində oğlanlardan çox, məni qızım yad edir".
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
- Deyirlər, qız övladı olmayan - mülayimliyin nə olduğunu bilməz.
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
- Ərəblər, qız övladları dünyaya gələndə ona: " xoş gəlmisən, ey Nəficə ! " deyərdilər.
(Nəficə - misk ətir qabın qapağına və ya yağışla dolu olan buluda deyilir.)
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
- Deyirlər, oğlan övladları - nemətdir.
qız övladları isə - həsənətdir.
Allah, nemətə görə sorğu-sual edəcəkdir.
həsənətlərə görə savab verəcəkdir.
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
- Yəqub bin Buxtan dedi:
"Yeddi qızım oldu. Hər dəfə qız övladım dünyaya gələndə, Əhməd bin Hənbəlin yanına gələrdim. O, daim mənə deyərdi: "Ey əbu Yusuf ! Peyğəmbərlər - qız övladların ataları olub". Bu söz məni sakitləşdirərdi".
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈
- Qız övladı zinətdir, gözəllikdir, xoşbəxtlikdir, təbii ki, ona yaxşı tərbiyə verilsə.
┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈