SAYTIMIZA XOŞ GƏLMİSİNİZ

Qadının başqa bir qadınla məhrəmsiz səfər etməsi




Şeyx İbn Bəzə (Allah ona rəhmət etsin) belə bir sual verilir: "Qadın səfərdə və ya digər bu kimi işlərdə yad bir qadına məhrəm sayılırmı ya yox?"

Cavab: "Qadın başqasına məhrəm sayıla bilməz. Məhrəm yalnız kişi ola bilər. Hansı ki, nəsil baxımından qadın ona məhrəm sayılır. Məsələn, qadının atası, qardaşı yaxud da icazəli səbəblə məsələn, əri, ərinin atası, ərinin oğlu və ya süd qohumluğu tərəfdən atası, qardaşı və digərləri.
   Kişinin yad qadınla təklikdə qalması və ya səfər etməsi icazəli deyil. Çünki Allahın Elçisi ﷺ (Ona Allahın salavatı və salamı olsun) buyurmuşdur: «Qadın yalnız məhrəmlə səfər edə bilər.» (Buxari 1763 və Muslim 1341). Hədisin səhihliyi üzərində ittifaq olunmuşdur.

         Həmçinin Allahın Elçisi ﷺ (Ona Allahın salavatı və salamı olsun) buyurmuşdur: «Kişi qadınla təklikdə qalmasın. Şübhəsiz ki, onların üçüncüləri şeytandır.» Hədisi İmam Əhməd və digərləri Ömər (Allah ondan razı olsun) səhih isnadla rəvayət etmişdir. Allah müvəffəqiyyət sahibidir.

📚 Bax: Məcmu fətəva İbn Bəzz 8/336.

           ┈┉┅━❈▫❈📚❈▫❈━┅┉┈